SON XƏBƏRLƏR

İranın gizli yeraltı bazası nümayiş olundu

2025.01.11, 13:01
İranın gizli yeraltı bazası nümayiş olundu

İran mediasının məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı və Aerokosmik Qüvvələrin rəhbəri ölkənin yeraltı raket bazasına baş çəkiblər.

Gunaz.tv

GünazTV xəbər verir ki, sözügedən baza, yaxınlarda İsrailə qarşı həyata keçirilən "Düzgün Vəd 2" adlı hərbi əməliyyatda istifadə edilib.

Bu yeraltı baza İranın müdafiə qabiliyyətini nümayiş etdirmək məqsədilə ictimaiyyətə təqdim olunub. İran hərbi rəsmiləri bu bazanın strateji əhəmiyyət daşıdığını və ölkənin raket sistemləri üzrə gücünü artırdığını iddia ediblər.

Son dövrlərdə İranın hərbi infrastrukturu ilə bağlı bu cür təqdimatlar regiondakı gərginliyi daha da artırır. Təhlükəsizlik ekspertləri hesab edirlər ki, bu cür bazalar yaxın zamanda İrana mümkün hücumlardan xəbər verir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar