SON XƏBƏRLƏR

Xuzistanda hava çirkliliyinə görə 2 mindən çox insan xəstəxanalıq oldu

2025.01.13, 15:19
Xuzistanda hava çirkliliyinə görə 2 mindən çox insan xəstəxanalıq oldu

Son iki gün ərzində İranın Xuzistan əyalətində 2269 nəfər hava çirkliyiyi səbəbindən xəstəxanalara müraciə edib.

Gunaz.tv

Bu barədə əyalətin Tibb Elmləri Universiteti məlumat yayıb.

Məlumata görə, tənəffüs simptomları və ürək problemlərinə görə tibb mərkəzlərinə müraciət edənlərin çoxu amblator müalicədən sonra evə buraxılıb, 263 nəfər isə palatalara köçürülüb.

Xuzistanda hava çirkliliyinin əsas amilləri neft, qaz, neft-kimya, polad, şəkər qamışı sənayesində süzgəz sistemlərinin quraşdırılmaması, və zəhərli qazların havaya buraxılmasıdır.

Qeyd edək ki, İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndinin bir müddət əvvəl verdiyi məlumata görə, hər il İranda 50 min nəfər hava çirkliliyi səbəbindən həyatını itirir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar