SON XƏBƏRLƏR

Bayden: İran rejimi və onun proksiləri mənim prezidentliyim dövründə ciddi şəkildə zəiflədilər

2025.01.14, 11:00
Bayden: İran rejimi və onun proksiləri mənim prezidentliyim dövründə ciddi şəkildə zəiflədilər

Co Bayden, Amerikanın düşmənlərinin onun hakimiyyətə gəldiyi dörd il əvvələ nəzərən daha da zəiflədiyini söyləyib.

Gunaz.tv

"İran və Rusiya son dörd ildə zəifləyib, Amerika qlobal yarışda qalib gəlir və Çin iqtisadi baxımdan Amerikanı geridə qoya bilməyəcək." - deyə Bayden öz çıxışında vurğulayıb.

Amerika prezidenti Hizbullaha vurulan ağır zərbə və Suriyada Bəşər Əsəd rejiminin süqutundan da danışıb, "Ümumilikdə İran son onilliklər ərzində olduğundan daha zəifdir." - deyə o bildirib.

Bununla yanaşı, Co Baydan gələn həftədən fəaliyyətə başlayacaq Amerikanın yeni hökumətini "İranın nüvə silahı əldə etməsinə imkan verməmək siyasəti"ni davam etdirməyə çağırıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar