SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 70 nəfər dəm qazından zəhərləndi

2025.01.20, 12:03
Qərbi Azərbaycanda 70 nəfər dəm qazından zəhərləndi

Yanvarın 19-u gecə saatlarında Qərbi Azərbaycan əyalətinin Üşnü (Üşnəviyyə) şəhərinin məscidində 10 qadın dəm qazından zəhərlənib.

Gunaz.tv

Bu barədə əyalətin Təcili Yardım Mərkəzinin başçısı Fərzin Rzazadə məlumat yayıb.

Onun sözlərnə görə, zəhərlənənlər xəstəxanaya köçürülüb, bir nəfərin vəziyyəti isə ağırdır.

Bununla yanaşı əyalətin Poldəşt şəhərində də, dəm qazından zəhərlənən bir ailənin 5 üzvü xəstəxanaya yerləşdirilib.

Fərzin Rzazadə əyalətin mərkəzi Urmu şəhərində də oxşar hadisənin baş verdiyini bildirib.

O, şəhərin şadlıq saraylarından birində zəhərlənən 55 nəfərin xəstəxanalara köçürüldüyünü deyib.

Yerli mənbələr hadisənin İran istehsalı olan qeyri-standart isitmə sistemləri ilə əlaqəli olduğunu bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar