SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi Fransa parlamentinə müraciət etdi

2025.01.24, 12:59
Nərgiz Məhəmmədi Fransa parlamentinə müraciət etdi

Güney Azərbaycanlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi cümə axşamı Fransa Parlamentinə müraciət edərək İslam Respublikasına “son” verməyə çağırıb. Nərgiz Məhəmmədi əlavə edib ki, Tehranla istənilən danışıqların ilkin şərti insan haqlarının qorunması olmalıdır.

Gunaz.tv

52 yaşlı Məhəmmədi üç ildən çox idi ki, həbsdə idi, lakin dekabr ayında tibbi məzuniyyətlə məhdud müddətə azadlığa buraxılmışdı. Onun hüquq qrupu bildirib ki, İran rejimi Məhəmmədini istənilən vaxt yenidən həbs edə və zindana göndərə bilər.

"İran xalqının fundamental hüquqlarını nəzərə almayan İslam Respublikası ilə hər hansı danışıqlar yalnız dini tiranlığı gücləndirəcək." - o, Tehrandan videobağlantı vasitəsilə Fransanın yuxarı palatası Senat və Milli Assambleyanın aşağı palatasının qadın hüquqları komitələrinin birgə iclasında bildirib.

Nərgiz Məhəmmədi əlavə edib ki, İslam Respublikasının son qoymağın zəruriliyinə inanır.

Nərgiz Məhəmmədi müraciəti zamanı sağlam görünüb və həmişəki kimi ictimai çıxışlarında İran rejiminin geyim qaydalarına əsasən bütün qadınlar üçün məcburi olan hicabı taxmayıb.

Onun bu videokonfransda iştirakının riskləri barədə suala Məhəmmədi bu şəkildə cavabladı: “həbsxana divarının bu və ya digər tərəfində olmağın heç bir fərqi yoxdur”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar