SON XƏBƏRLƏR

Çin Trampın təhdidləri fonunda geri çəkildi

2025.01.27, 16:15
Çin Trampın təhdidləri fonunda geri çəkildi

Çin ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Amerikada qanunsuz yaşayan vətəndaşlarını qəbul etməyə razılaşıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Mao Nin deyib.

O vurğulayıb ki, Çin hökuməti hər cür qanunsuz miqrasiyanın əleyhinədir.

Xatırladaq ki, Kolumbiya deportasiya olunmuş miqrantları daşıyan iki ABŞ hərbi təyyarəsinin enişinə icazə verməmişdi və bundan sonra Vaşinqton Kolumbiyadan idxala gömrük rüsumları (25%), dövlət rəsmiləri və müttəfiqlərinə qarşı viza sanksiyaları tətbiq edəcəyini, həmçinin gömrük yoxlamalarını və maliyyə cərimələrini gücləndirəcəyini bildirmişdi.

Bu hədənin ardınca Kolumbiya mövqeyini dəyişdi.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar