SON XƏBƏRLƏR

İran XİN nüvə danışıqları ilə bağlı açıqlama paylaşdı

2025.01.28, 14:46
İran XİN nüvə danışıqları ilə bağlı açıqlama paylaşdı

Amerika İranın nüvə proqramı üzrə danışıqları bərpa etmək üçün əvvəlcə Tehranın etimadını qazanmalıdır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib.

"İndi vəziyyət bir qədər fərqlidir və əvvəlkindən daha mürəkkəbdir. Amerika etimadımızı qazanmaq üçün çox iş görməlidir", - Araqçı “Sky News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-nin yeni Prezidenti Donald Trampın təkliflərini dinləməyə hazırdır, lakin 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının taleyini də nəzərə alaraq Tehranı yeni nüvə sazişi ilə bağlı danışıqlara başlamağa inandırmaq üçün daha çox səy göstərmək lazım gələcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar