SON XƏBƏRLƏR

Serbiyanın Baş naziri istefa verib

2025.01.28, 15:11
Serbiyanın Baş naziri istefa verib

Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verdiyini elan edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Serbiya Respublikası hökumətinin sədri vəzifəsindən istefa vermək qəti qərarımdır. Bu səhər prezidentlə uzunsürən görüşüm oldu, biz hər şeyi müzakirə etdik və o, mənim arqumentlərimlə razılaşaraq qərarımı qəbul etdi", - Vuçeviç təcili mətbuat konfransında bildirib.

Qeyd edək ki, Serbiyanın Baş naziri Miloş Vuçeviç ölkədəki tələbə etirazları fonunda istefa verib. Daha öncə ölkə Prezidenti Aleksandr Vuçiç etirazlara görə hökumətin tərkibinin təcili olaraq yenilənəcəyini elan etmişdi. Yerdəyişmələr nəticəsində hökumət üzvlərinin yarıdan çoxunun öz iş yerlərini tərk edəcəyi bildirilib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar