SON XƏBƏRLƏR

Rusiya nümayəndələri Dəməşqdə

2025.01.29, 11:16
Rusiya nümayəndələri Dəməşqdə

Rusiyanın nümayəndə heyəti Dəməşqdə Suriya hökumətinin müvəqqəti rəhbəri Əhməd əş-Şara ilə danışıqlar aparıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat yayıb.

Görüşün 3 saat davam etdiyi bildirilib. Danışıqların təfərrüatı barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya nümayəndə heyətində Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev yer alıb. Bu, Bəşər Əsədin ötən ilin dekabrında Suriya prezidenti postunu tərk edərək ölkədən qaçmasından sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar