SON XƏBƏRLƏR

Tramp: Qəzadan sağ çıxan olmayıb!

2025.01.31, 11:17
Tramp: Qəzadan sağ çıxan olmayıb!

Paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalan olmayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp brifinqdə söyləyib.

“Təəssüf ki, sağ qalan yoxdur”, – o, Ağ Evdə çıxışı zamanı bildirib.

Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib:

“Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub”.

Xatırladaq ki, “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təyyarədə 60 sərnişin, 4 ekipaj üzvü olub, helikopterdə isə 3 hərbçi varmış.

İndiyə qədər 40 nəfərin cəsədi sudan çıxarılıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar