SON XƏBƏRLƏR

Suriyanın yeni liderinin ilk rəsmi səfər edəcəyi ölkə məlum oldu

2025.01.31, 14:46
Suriyanın yeni liderinin ilk rəsmi səfər edəcəyi ölkə məlum oldu

Suriyanın rəsmi olaraq prezidenti elan edilən Əhməd Əl-Şara xaricə ilk rəsmi səfərlərinə başlayır. İlk səfərini Səudiyyə Ərəbistanına edəcək Şəra daha sonra Türkiyəyə gələcək. Prezident Ərdoğanla Şara arasında ilk təkbətək görüş baş tutacaq.

Gunaz.tv

2024-cü il dekabrın 8-də Suriyada Əsəd rejiminin süqutundan sonra qurulan yeni keçid hökumətinə xaricdən çoxlu diplomatik nümayəndə heyəti səfər etsə də, hələlik heç bir dövlət başçısı səfər etməyib.

Digər tərəfdən, bir gün əvvəl bütün inqilabi hərbi qrupların konsensusu ilə müvəqqəti olaraq Suriyanın yeni prezidenti elan edilən Əhməd əl-Şaranın ilk rəsmi səfərlərini Səudiyyə Ərəbistanı və Türkiyəyə edəcəyi bildirilib.

Əldə edilən məlumata görə, Şara Səudiyyə Ərəbistanı səfərindən sonra Türkiyəyə gələcək. Şaranın prezident Rəcəb Tayyib Ərdoğanla üz-üzə görüşəcəyi Türkiyə səfəri zamanı gündəmin ən mühüm mövzusu terror təşkilatı PKK/YPG-nin Suriyada varlığı olacaq.

Şaranın keçən həftə planlaşdırılan səfəri texniki məsələlərə görə təxirə salındığı elan olunmuşdur. Əhməd Əl-Şaranın Suriyada keçid dövründə prezident elan edilməsinin ardınca diplomatik səfərlərə hazırlıq işlərinin getdiyi bildirilmişdir. Şaranın yaxın iki həftə ərzində Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar