SON XƏBƏRLƏR

Tramp: Amerika BRICS ölkələrindən Amerika dollarını əvəz etməmək öhdəliyini tələb edəcək

2025.01.31, 15:36
Tramp: Amerika BRICS ölkələrindən Amerika dollarını əvəz etməmək öhdəliyini tələb edəcək

"BRICS-ə üzv ölkələrin Beynəlxalq Ticarətdə və ya başqa sahələrdə Amerika Dollarını əvəz etməsi şansı yoxdur və buna cəhd edən hər hansı bir ölkə Tariflərə salam və Amerika isə sağol deyə bilər!"

Gunaz.tv

Prezident Donald Tramp cümə axşamı günü BRICS üzvü olan ölkələrə etdiyi 100%-lik tarif təhdidini təkrarlayaraq, Amerika dollarını ehtiyat valyuta kimi əvəz etməmələri barədə xəbərdarlıq edib.

"Biz bu ölkələrdən öhdəlik tələb edəcəyik ki, onlar nə yeni BRICS valyutası yaratmayacaqlar, nə də güclü ABŞ dollarını əvəz edəcək başqa Valyutaları dəstəkləməyəcəklər, əks halda onlar 100% həcmində yeni tariflərlə üzləşəcəklər", -  deyə Tramp "Truth" şəbəkəsində deyib.

Qeyd edək ki, BRICS qrupuna Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika və son bir neçə ildə qoşulmuş bir neçə başqa ölkə daxildir. Qruplaşmanın ortaq valyutası yoxdur, lakin Ukraynadakı müharibəyə görə Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bu mövzuda uzun müddət davam edən müzakirələr bir qədər sürətlənib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar