SON XƏBƏRLƏR

Tramp yardım qarşılığında Ukraynadan bunu istəyir

2025.02.04, 12:58
Tramp yardım qarşılığında Ukraynadan bunu istəyir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya nadir təbii ehtiyatlar qarşılığında yardım təklif etmək istəyir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya Prezident Ofisindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu metalların birgə hasilatı ideyası Ukrayna Prezidenti Volodimir Zelenskinin “qələbə planında” yer alıb.

Nəşrin həmsöhbəti iddia edib ki, Ukrayna lideri bu məsələni hələ payızda Trampla müzakirə edib:

“Bu, qələbə planının bir hissəsi idi. Bizim xüsusi ehtiyatlarımız var, xüsusən nadir təbii ehtiyatlarımız - uran, litium, titan və Rusiyanın bunu almaması vacibdir. Buna görə də prezident bunun xüsusi olaraq qorunub saxlanmasını və əsas tərəfdaşlarla xüsusi istifadə edilməsini təklif etdi”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar