SON XƏBƏRLƏR

Pezeşkianın müraciəti etirazla qarşılandı

2025.02.05, 12:59
Pezeşkianın müraciəti etirazla qarşılandı

İran Prezidenti Məsud Pezeşkian enerjidən istifadəyə qənaətlə bağlı yenidən vətəndaşlara müraciət edib.

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında yazıb.

“Yaxın günlərdə havanın temperaturunun aşağı düşəcəyi ilə bağlı Meteorologiya Təşkilatının proqnozlarını nəzərə alaraq, xalqdan səmimi şəkildə xahiş edirəm ki, bu mərhələni uğurla keçə bilməyimiz üçün bu soyuq günlərdə hökumətlə əməkdaşlıq edib, enerji təchizatının idarə olunmasında bizə bir daha dəstək versinlər”, - Prezident bildirib.

Vətəndaşlar sosial media şəbəkəsində Pezeşkianın bu müraciətinə sərt reaksiya verib, onu enerji problemini həll etmək əvəzinə insanları qənaətə və dözümlülüyə çağırmasını tənqid ediblər.

Məsud Pezeşkian seçkiqabağı təbliğat kampaniyasında enerji çatışmazlığını da aradan qaldıracağına söz verib.

Qeyd edək kİ, ötən həftələrdə yanacaq təchizatı problemi səbəbindən bir çox elektrik stansiyaları bağlanıb və elektrik enerjisinin verilməsində uzun fasilələr yaranıb.

Buna görə, bir sıra əhəmiyyətli istehsal müəssisələri və zavodlarn fəaliyyətində problemlər yaranıb, onlarla müəssisə fəaliyyətini dayandırmağa məcbur olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar