SON XƏBƏRLƏR

Zelenski sülh üçün şərtini açıqladı

2025.02.05, 13:35
Zelenski sülh üçün şərtini açıqladı

Müharibəyə son qoymaq üçün danışıqlar masasında Ukrayna və Rusiya ilə yanaşı, Amerika və Avropa İttifaqı da olmalıdır.

Gunaz.tv

GünazTV Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı Ukraynanın müharibənin qaynar mərhələsinə son qoymağa hazır olduğunu, amma dünyada heç kimin sülh istəmədiyini bildirib.

“Trampın bu prosesdə uğur qazanmaq istədiyinə inanırıq, uğur sağlam düşüncənin qələbəsidir. Bu, müharibənin qaynar fazasının başa çatması və şübhəsiz ki, Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları deməkdir”, - Zelenski qeyd edib.

Prezident həmçinin hesab edir ki, Rusiyaya qarşı sanksiyaların ləğvi ancaq onun qoşunlarının Ukraynaya yenidən müdaxiləsi riskini artıracaq.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar