SON XƏBƏRLƏR

Zelenski Rusiya ilə müharibədə Ukraynanın itkilərini açıqlayıb

2025.02.05, 13:41
Zelenski Rusiya ilə müharibədə Ukraynanın itkilərini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45,1 min nəfər itki verib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.

"İtkilərimizə gəlincə: dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45,1 min nəfər həlak olub və təxminən 390 min yaralanma halı var. Dəqiqləşdirim: yaralanma hallarının sayı yaralananların sayından çoxdur, çünki yaralanan və sonra döyüş meydanına qayıdıb yenidən yaralanan insanlar var", – dövlət başçısı deyib.

2024-cü ilin dekabrında Zelenski cəbhədə 43 min hərbçinin həlak olduğunu, 370 min yaralanma halının qeydə alındığını bildirmişdi.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar