SON XƏBƏRLƏR

Elxan Şahinoğlu: İranda ixtilaf başladı

2025.02.10, 11:31
Elxan Şahinoğlu: İranda ixtilaf başladı

Amerika Prezidenti Donald Tramp İranı bombalamayacağını və bu ölkənin Prezidenti Məsud Pezeşkianla görüşə biləcəyini söyləyib. Tramp bu açıqlamasıyla İranda fikir ixtilafını dərinləşdirib.

Gunaz.tv

Günaz TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İranın faktiki sahibi Əli Xamenei dərhal açıqlama verib ki, Amerika ilə heç bir razılaşmaya getmək düzgün deyil. Bununla Xamenei Pezeşkiana xəbərdarlıq mesajı göndərib. Halbuki Məsud Pezeşkian neytral ərazidə Trampla görüşdən imtina etməz”, - o bildirib.

Politoloq xatırladıb ki, Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti də doğru gedişdir:

“Söhbətin təfərrüatı açıqlanmasa da, Trampın Putinə “müharibəni dayandır” sözlərini dediyini proqnozlaşdırmaq olar. Rusiyanın siyasi elita nümayəndələri və sıravi vətəndaşları Putinin qorxusundan düşündüklərini deməsələr də, bir çoxu müharibənin dayandırılmasının labüd olduğunu anlayır və onların ümidi Trampadır”.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar