SON XƏBƏRLƏR

Ukraynada sülhə olan ümidimizi itirməmişik

2025.02.10, 12:15
Ukraynada sülhə olan ümidimizi itirməmişik

Türkiyə Rusiya ilə Ukrayna arasında sülhə ümidini itirməyib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfəri öncəsi Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında deyib.

"Əlbəttə ki, hazırda sülhə olan ümidimizi itirməmişik. Son vaxtlar Zelenskidən sülh danışıqları üçün görüşə hazır olduğuna dair açıqlamalar eşidirik. Cənab Trampın və Putinin bu məsələ ilə bağlı mesajlarını alqışlayırıq", - deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, qərəzsiz yanaşmaya və sülhsevər xarici siyasətə görə, Türkiyə hər iki tərəflə danışıq apara bilir.

"Biz çalışırıq ki, bir damcı da qan və göz yaşı tökülməsin. Bir araya gəlib görüşsünlər. Vasitəçiliyi sevə-sevə edərik. Ona görə də ümidimizi itirməmişik, itirməyəcəyik”, - Türkiyə lideri deyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar