SON XƏBƏRLƏR

Türkiyə İraqda 11, Suriyada isə 4 terrorçunu öldürüb

2025.02.10, 12:52
Türkiyə İraqda 11, Suriyada isə 4 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada növbəti əməliyyatlar keçirib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.

Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri eyni zamanda Suriyada növbəti əməliyyat keçirib. Qeyd olunub ki, “Barış pınarı” əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının dörd üzvü məhv edilib.

 

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

 

 

Ş.E

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar