SON XƏBƏRLƏR

Erməni spiker: Moskvanın vasitəçiliyini qəbul etmirik!

2025.02.11, 12:24
Erməni spiker: Moskvanın vasitəçiliyini qəbul etmirik!

Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini çətin ki, qəbul etsin.

Gunaz.tv

GünazTV Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

"Ümumiyyətlə biz Rusiyanın prosesdə vasitəçilik funksiyasını qəbul etmirik. Ermənistan hər təklifi müzakirə edir. Amma Rusiya ilə bağlı keçmiş təcrübə çox pis xatirələr buraxıb. Ona görə də Moskvanın vasitəçilik məsələsinə müsbət baxmırıq. Rusiyanın vasitəçilik nümunələrinin izi bizim və uşaqlarımızın bədənində qalıb. Moskva erməni xalqını öz səmimiyyətinə inandırmaq üçün ciddi səy göstərməlidir. Bu ölkə hər yüz ildən bir “erməni xalqını qoruyaq” şüarı ilə gəlib, özünün daha böyük gələcək maraqları üçün övladlarımızı xırda sikkələrə çevirir. Sonra qayıdıb mehriban üzlə yenə “biz sizi xilas edəcəyik”, – deyirlər. Bu, artıq mənim üçün qəbuledilməzdir”, - o qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar