SON XƏBƏRLƏR

Xamenei onunla görüşə gələn Şeyxi tənqid etdi

2025.02.20, 13:32
Xamenei onunla görüşə gələn Şeyxi tənqid etdi

Əli Xamenei Tehranda Qətər Əmiri Şeyx Təmim bin Haməd əl-Tani ilə görüşüb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, Xameneyi görüşdə Qətərin Amerika ilə Tehrana qarşı əməkdaşlığını tənqid edib.

Amerikanın sanksiyaları səbəbindən Cənubi Koreyada dondurulan, 2023-cü ildə Tehran və Vaşinqton arasında məhbus mübadiləsi nəticəsində sərbəst buraxılan və Qətərdəki banklara köçürülən, amma İranın girişinə bağlanan valyutalara işarə edən Xameneyi deyib:

“İranın Cənubi Koreyadan Qətərə ötürülən vəsaitlərinin qaytarılması kimi hələ də qeyri-müəyyən və həll olunmamış məsələlər olsa da, Qətəri dost və qardaş ölkə kimi görürük. Bizə məlumdur ki, bu məsələ ilə bağlı razılaşmanın həyata keçirilməsinə ən böyük maneə Amerikadır.

Qətərin yerində olsaydıq, Amerikanın təzyiqlərinə məhəl qoymaz və qarşı tərəfin (İranın) istəklərini yerinə yetirərdik. Qətərdən belə addımlar gözləyirik”.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar