SON XƏBƏRLƏR

Hakan Fidan: “Müharibə mümkün qədər tez bitməlidir”

2025.02.24, 13:29
Hakan Fidan: “Müharibə mümkün qədər tez bitməlidir”

ABŞ və Rusiya arasında son danışıqlarda gündəmə gələn təhlükəsizlik məsələsi yaxından izlədiyimiz mövzudur.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

“ABŞ və Rusiya arasında son danışıqlarda gündəmə gələn təhlükəsizlik məsələsi yaxından izlədiyimiz mövzudur. Burada hansı mənzərənin ortaya çıxacağına məsələ ilə əlaqədar texniki hazırlıq işləri görüləndən sonra prezidentimiz (Rəcəb Tayyib Ərdoğan) qərar verəcək. Türkiyə sürətləndirici rolunu oynayır, məqsədimiz (Ukraynada) müharibəni mümkün qədər tez dayandırmaqdır”, - nazir bildirib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar