SON XƏBƏRLƏR

İspaniya 7 mindən çox ukraynalı əsgərə təlim keçib

2025.02.27, 13:21
İspaniya 7 mindən çox ukraynalı əsgərə təlim keçib

2022-ci ildən bəri 7 mindən çox ukraynalı hərbçi İspaniyada təlim keçib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Krallığın Baş Qərargahının press-relizində deyilir.

“Avropa İttifaqının Ukraynaya hərbi yardım üzrə İspaniyadakı missiyası 2022-ci ilin noyabrından bəri 7 mindən çox ukraynalı əsgərə təlim keçib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, hərbçilər üçün təşkil edilən kurslar kifayət qədər müxtəlifdir: yeni çağırışçıların hazırlanması üçün əsas kursdan havadan dəstək kimi daha ixtisaslaşmış kurslara qədər.

Baş Qərargahdan əlavə edilib ki, 2024-cü ilin sonundan ilk dəfə Ukrayna hərbçilərinə beynəlxalq humanitar hüquq üzrə təlimlər keçirilməsinə başlanılıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar