SON XƏBƏRLƏR

Konqresmen: “Müharibənin sonuna yaxınlaşırıq”

2025.02.28, 12:50
Konqresmen: “Müharibənin sonuna yaxınlaşırıq”

Növbəti üç-altı ay ərzində Ukraynaya böyük təzyiqlər olacaq.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu amerikalı konqresmen Yevgen Vindman deyib.

“ABŞ administrasiyası bir az çaşqın durumdadır, Rusiyanın sülh danışıqlarına ciddi yanaşmadığını anlamaq üçün ona üç-altı ay lazım olacaq. Ukraynaya belə təzyiq danışıqlar masasına oturmaq üçün yaxşı yol deyil. Rusiyaya təzyiq etmək lazımdır, amma bu, vaxt aparacaq. Bu müddət ərzində, yaxın üç-altı ayda Ukraynaya böyük təzyiqlər olacaq. Ukrayna güclü və möhkəm qalmalıdır, bunu edə bilər”, - siyasətçi qeyd edib.

Vindman əlavə edib ki, dünya bu müharibənin sonunun ortası və ya başlanğıcındadır.

Konqresmen bildirib ki, yaxın bir neçə il ərzində münaqişə ilə bağlı dəqiq qərar veriləcək:

“Bu müharibənin necə bitəcəyi hələ məlum deyil. Mən Ukrayna xalqı, Amerika və Qərb dəyərlərinə əminəm, biz hələ də dayana bilərik. Ancaq qarşıda qaranlıq və çətin bir yol var”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar