SON XƏBƏRLƏR

Ukrayna Prezidenti: Xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm

2025.03.01, 11:44
Ukrayna Prezidenti: Xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm

"Xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm"

Gunaz.tv

Bunu Ukrayna Prezidenti Volodomir Zelenski "FOX News" telekanalına müsahibəsində deyib.

Ölkəsinə təhlükəsizlik zəmanəti verilməsi haqqında danışan Zelenski münaqişənin həlli üçün atəşkəsin yetərli olmadığını, təhlükəsizlik zəmanətinə də gərək olduğunu və müharibənin bitməsini Ukrayna xalqının daha çox istədiyini vurğulayıb.

"Sülh sadəcə müharibənin olmaması demək deyil. Lakin buna baxmayaraq, mən xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm. Çünki ölkəmizdə hər kəs sabah Rusiya Prezidentinin yenidən hücum edəcəyindən ehtiyatlanır. Rusiya evlərimizə hücum edib və bu zaman onların nə etdiyini də bütün dünya görüb. Biz bunun təkrarlanmamasını istəyirik. Ona görə də ölkəmizin təhlükəsizlik zəmanətinə ehtiyacı var." - deyə Zelenski bildirib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar