SON XƏBƏRLƏR

Zelenski mübahisəli görüşə aydınlıq gətirdi

2025.03.01, 12:10
Zelenski mübahisəli görüşə aydınlıq gətirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə amerikalı həmkarı Donald Trampla mübahisəsindən danışıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, o, "Fox News" telekanalına müsahibəsində mövqeyini açıqlayıb .

V.Zelenski bildirib: “Səhv nəsə etdiyimizə əmin deyiləm. Kameradan kənar müzakirə etməli olduğumuz məsələlər vardı. Bununla belə, onlar Ukraynanın mövqeyini eşitməli idilər”, - deyə o bildirib.

Zelenski ABŞ Prezidentindən üzr istəmək fikrində olmadığını da bildirib. Eyni zamanda o, Ağ Evdə baş verən hadisənin yaxşı bir şey olmadığı etiraf edib: “Bəli, yaxşı deyildi. Amma burada çox həssas məqamlar vardı və mən istəyirəm ki, bizim tərəfdaşlarımız hər şeyi düzgün başa düşsünlər”.

Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gedib. Siyasətçilər arasında ünsiyyət gərgin olub. Nəticədə Zelenski görüşü yarımçıq tərk etmək məcburiyyətində qalıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar