SON XƏBƏRLƏR

Ərdoğan: Türkiyə terrorla mübarizəsində yeni mərhələyə başlayıb

2025.03.01, 13:18
Ərdoğan: Türkiyə terrorla mübarizəsində yeni mərhələyə başlayıb

Türkiyə terrorla mübarizədə yeni mərhələyə başlayıb.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal7"nin yaradılmasının 30-cu ildönümündə çıxışı zamanı deyib. 

O bildirib ki, yeni mərhələ fevralın 27-dən etibarən başlayıb.

Ərdoğan Türkiyənin terrorçuluğa qarşı mübarizədə qətiyyətli olduğunu, amma bəzilərinin rəsmi Ankaranın bu hədəfinin reallaşmasına mane olduğunu söyləyib. 

Dövlət başçısı qeyd edib ki, Türkiyə imperialist güclərin planlarına qarşı mübarizə aparır. 

Qeyd edək ki, PKK terorr təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də təşkilat üzvlərini tərk-silaha çağırıb. Xatırladaq ki, terror təşkilatı bəyanat paylaşaraq iddia edir ki, Abdullah Öcalanın "silahı yerə qoyun" çağırışına əməl edəcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar