SON XƏBƏRLƏR

Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək

2025.03.01, 15:18
Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona gedəcək.

Gunaz.tv

“Haber Global” xəbər verir ki, səfərdə məqsəd Böyük Britaniyanın Baş naziri Kir Stamerin təşkil etdiyi Avropa liderlərinin görüşündə iştirak etməkdir.

Görüşdə Ukrayna mövzusunun müzakirəsi gözlənilir.

ABŞ-ə uğursuz səfərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Londonda baş tutacaq müzakirələrə qatılacaq.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar