SON XƏBƏRLƏR

Xoyda nəşr edilən jurnal Xoy zəlzələsinə həsr edilib

2025.03.02, 10:37
Xoyda nəşr edilən jurnal Xoy zəlzələsinə həsr edilib

Xoy Bələdiyyəsinin Bigozini zalında Azərbaycanın Xoy, Təbriz və Urmu kimi müxtəlif şəhərlərindən olan şəhər rəsmiləri, tanınmış simalar, vətəndaş fəalları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Xoy zəlzələsi ilə bağlı tədbir keçirilib.

Gunaz.tv

Tədbirdə Tohid Məlikzadə, Ruqəyya Kəbiri, Əli Əsgər Paşazadə, Ehsan Əkbəri, Məhəmməd Əlimuradi və Elnaz Xakzad hadisənin qeydə alınması və sənədləşdirilməsinin vacibliyini və onun sosial, mədəni və idarəetmə nəticələrini müzakirə ediblər.

Ruqəyya Kəbirinin və Rza Həsənzadənin redaktorluğu ilə çəşr edilən bu buraxılışda Xoy zəlzələsinə həsr olunmuş xüsusi məqalə yer alır. Məqalədə bu böhranın sosial, mədəni və idarəedici ölçüləri təhlil edilir.

Bu xüsusi buraxılışda zərər çəkmiş insanların birinci əldən verdiyi məlumatlar, fotoqraflar tərəfindən çəkilmiş fotoşəkillər və zəlzələdən zərər çəkmiş uşaqların xatirələri yer alır.

Xatırladaq ki, 2023-ci il yanvarın 28-də Qərbi Azərbaycan vilayətinin Xoy qəzasında Rixter cədvəli üzrə 5,9 bal gücündə güclü zəlzələ baş vermişdir. Bu zəlzələ zamanı xeyli sayda soydaşımız həlak olmuş, xəsarət almış,evsiz qalmışdır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar