SON XƏBƏRLƏR

Ukrayna Prezidenti sülh mesajı verdi

2025.03.03, 13:34
Ukrayna Prezidenti sülh mesajı verdi

Ukraynaya əbədi müharibə yox, sülh lazımdır və bunun açarı təhlükəsizlik təminatıdır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Əsas məsələ hamının həmrəy olmasıdır: sülhün real olması üçün real təhlükəsizlik təminatları lazımdır. Bu, bütün Avropa və qitənin – Britaniya, Avropa İttifaqı, Norveç, Türkiyə və digər dövlətlərin mövqeyidir”, - dövlət başçısı deyib.

Zelenski sülh naminə diplomatik səylərin davam edəcəyini açıqlayıb:

“Bizə sülh lazımdır, əbədi müharibə yox. Təhlükəsizlik zəmanətləri bunun açarıdır. Yaxın gələcəkdə Avropada hamımız öz ümumi mövqelərimizi – əldə etməli olduğumuz və geri çəkilə bilməyəcəyimiz xətləri formalaşdıracağıq. Bu, Amerikadakı tərəfdaşlarımıza təqdim olunacaq”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar