SON XƏBƏRLƏR

KİV: PKK silahı yerə qoymayacağı təqdirdə Türkiyə planla çıxış edəcək

2025.03.03, 14:13
KİV: PKK silahı yerə qoymayacağı təqdirdə Türkiyə planla çıxış edəcək

PKK lideri Abdulla Öcalanın çağırışına tabe olmayaraq silahı yerə qoymaqdan imtina ediləcəyi təqdirdə Türkiyə hökuməti hərbi əməliyyatlar planı ilə çıxış edəcək.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

"Kandil (Şimali İraqdakı PKK düşərgələri) silahlarını yerə qoymasa, Öcalan bununla barışmayacaq. Axı onlar (silahlılar) öz rəhbərliklərinə məhəl qoymayacaqlar. Öcalanın sonrakı açıqlaması çox güman ki, belə olacaq: "Kandil Amerika-İsrail layihəsidir. Bu PKK mənim PKK-am deyil, İran və ya Amerika PKK-sıdır". PKK tərksilah edilərsə nələrin baş verəcəyinə hazırlıq gedir. Əks-təqdirdə hərbi əməliyyatlar planları hazırlana bilər", - nəşr yazıb.

Qəzet qeyd edib ki, iki-üç ay ərzində monitorinq aparılacaq: "Kandilin silahı yerə qoyması halında yaradılacaq mexanizmlər müəyyənləşdiriləcək. Silahlar hansı ölkəyə çatdırılacaq? Bunun üçün mexanizmlər yaradılacaq. Silahlar Türkiyə və İraq Administrasiyasının nəzarəti və müşahidəsi altında bu iki ölkədəki müvafiq qurumlara, həmçinin Dəməşq və Ankaranın nəzarəti altında Suriyada təyin olunmuş yerlərə veriləcək”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar