SON XƏBƏRLƏR

Amerika və İsrail İrana qarşı sıx koordinasiyanı davam etdirəcək

2025.03.04, 14:35
Amerika və İsrail İrana qarşı sıx koordinasiyanı davam etdirəcək

Amerikanın müdafiə naziri Pit Heqset ilə İsrail müdafiə naziri İsrail Katz arasında telefon danışığı olub.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə naziri “X”də paylaşım edib.

Amerika-İsrail müdafiə əməkdaşlığının güclənməsi

Telefon danışığı zamanı İsrail müdafiə naziri İranı region üçün əsas təhlükə adlandırıb: “İran regional təhlükəsizliyə ən böyük təhdid olaraq qalır. Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Amerika ilə birlikdə çalışacağıq”.

Katz Trampa İsrailə silah və müdafiə ləvazimatlarının çatdırılmasını sürətləndirdiyinə görə təşəkkür edib. Bundan əlavə bütün girovların azad edilməsinin və Qəzzada HAMAS-ın hakimiyyətinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

İranın regional təhlükə kimi dəyərləndirilməsi

Tərəflər güclü Amerika-İsrail müttəfiqliyinə sadiqliklərini təsdiqləyib, İranın sabitliyi pozan ambisiyalarına qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar