SON XƏBƏRLƏR

Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

2025.03.05, 11:28
Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

Amerika administrasiyasının başçısı Donald Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Amerikanın vitse-prezidenti Ceyms Devid Vens Konqres binasında jurnalistlərlə söhbətində bildirib.

“Prezident Trampın siyasəti çox aydındır: nüvə silahının yayılmasına dözə bilmərik, xüsusən də İranda. Bu, hazırki Amerika administrasiyasının siyasəti olacaq”, - o deyib.

Qeyd edək ki, “Bloomberg” agentliyi mənbələrə istinadən Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığını yazıb. İddiaya görə, Tramp fevralın 12-də baş tutmuş telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə bu istəyini çatdırıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar