GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “Daily Mail” paylaşıb.
Zelenski artıq "X" sosial şəbəkəsində müharibəni bitirmək üçün tezliklə Trampla işləməyə və Ukraynanın mineral ehtiyatları ilə bağlı sazişi imzalamağa hazır olduğunu açıqlayıb.
Britaniya nəşri yazır ki, Ukrayna prezidenti bu açıqlamanı Starmerlə telefon danışığından qısa müddət sonra verib. Qeyd edilir ki, bu zaman Britaniya baş naziri Zelenskiyə Ukraynanın Rusiyadan müdafiəsinə kömək edəcək sülh sazişinin əldə edilməsində Amerikanın dəstəyini qazanmaq şansı əldə etmək üçün Trampla münasibətləri yaxşılaşdırmağın vacibliyi barədə xəbərdarlıq edib.
Starmer daha sonra Ukrayna liderinin sülh axtarışına sarsılmaz sadiqliyini alqışladığını bildirib.
Ş.E