SON XƏBƏRLƏR

PKK-nın ləğv ediləcəyi tarix açıqlandı

2025.03.05, 18:00
PKK-nın ləğv ediləcəyi tarix açıqlandı

PKK terror təşkilatının ləğvi ilə bağlı qurultay aprel ayında keçiriləcək.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin köşə yazarı Abdulkadir Selvi məlumat verib.

“PKK-nın qurultayının apreldə baş tutacağı gözlənilir. Qurultay toplanaraq silahı yerə qoymağa qərar verəcək, PKK isə özünü ləğv edəcək. Abdullah Öcalanın PKK-nın ləğvi və tərksilah olmaq çağırışı qurultayda öz əksini tapacaq. Burada məqsəd üzümü yeyib üzümçünü döymək deyil. Asan məsələ deyil, Türkiyəyə 50 ilə başa gələn problemi həll edirik”, - köşə yazarı bildirib.

Abdulkadir Selvi vurğulayıb ki, Öcalanın çağırışından sonra 2-3 aylıq monitorinq müddəti nəzərdə tutulmuşdur. Lakin, bu məsələnin daha da uzadılması arzuolunan deyil. Bu proseslər keçmişdə qanlı təxribata məruz qaldığından onları daha da uzatmamaq lazımdır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar