SON XƏBƏRLƏR

Uolts: Amerika Ukrayna ilə münasibətlərini yenidən nəzərdən keçirir

2025.03.06, 11:58
Uolts: Amerika Ukrayna ilə münasibətlərini yenidən nəzərdən keçirir

Amerika hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən dəyərləndirir.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ağ evdə jurnalistlərə bildirib.

“Biz bir addım geri çəkildik və ara verdik və bu münasibətlərin bütün aspektlərini yenidən gözdən keçiririk”, – o, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılıb-dayandırılmaması ilə bağlı suala cavab verərkən qeyd edib.

Bununla yanaşı, Uolts ukraynalı həmkarı ilə daha öncə telefonla danışdığını və münaqişənin həlli ilə bağlı danışıqların keçiriləcəyi mümkün platforma və bu danışıqlardakı nümayəndə heyətlərinin tərkibi barədə müzakirə apardığını vurğulayıb: “Növbəti danışıqlar turunun yeri, nümayəndə heyətləri və danışıqların məzmunu ilə bağlı yaxşı müzakirələr aparırıq”.

O, son bir sutkada bu sahədəki hadisələrin inkişafından nikbin olduğunu deyib: “Düşünürəm ki, çox yaxında hərəkətlilik görəcəyik”.

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar