SON XƏBƏRLƏR

Hakan Fidan: Ox yaydan çıxdı, onu geri qaytarmaq mümkün olmayacaq

2025.03.06, 20:40
Hakan Fidan: Ox yaydan çıxdı, onu geri qaytarmaq mümkün olmayacaq

"Ox yaydan çıxdı, onu geri qaytarmaq mümkün olmayacaq", deyən Hakan Fidan Türkiyənin yeni Avropanın təhlükəsizlik memarlarından biri olmaq istəyəcəyini vurğulayıb.

Gunaz.tv

Hakan Fidan bu barədə "Financial Times"a danışıb.

"Financial Times"a verdiyi müsahibədə Amerika prezidenti Donald Trampın son bəyanatlarına toxunan Hakan Fidan, "bu vəziyyət öz yol xəritəmizi çəkmək üçün mühüm bir xəbərdarlıqdır" deyib.

Avropanın təhlükəsizliyi ilə bağlı, "ox yaydan çıxdı, onu geri qaytarmaq mümkün olmayacaq" deyən Hakan Fidan, "bu gün Donald Tramp Avropadan çəkilməmək qərarı alsa belə gələcəkdə bənzər fikirlərə sahib birinin Amerikada hakimiyyətə gəlməyəcəyinin zəmanəti yoxdur" deyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar