SON XƏBƏRLƏR

Rusiya Ermənistana ilin sonuna qədər vaxt verdi

2025.03.07, 12:24
Rusiya Ermənistana ilin sonuna qədər vaxt verdi

"Əgər Ermənistan 2025-ci ilin sonuna kimi KTMT büdcəsinə öz töhfəsini verməsə, təşkilata üzv ölkələr müxtəlif ssenarilər nəzərdən keçirə bilər, amma yəqin ki, heç kimi qurumdan çıxarmayacaqlar".

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

“Yanvarın 1-dək elə bir vəziyyət yarana bilər ki, ölkələr iki il ərzində ödəniş etmədikdə müxtəlif ssenariləri nəzərdən keçirə bilərlər”, - Pankin vurğulayıb.

O qeyd edib ki, artıq texniki, maliyyə və digər səbəblərdən başqa ölkələrin də borclarının olması halları var.

Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb. Bundan başqa, Ermənistan təşkilatın büdcəsinə ödənişləri, təşkilatın tədbirləri və təlimlərinə qatılmağı dayandırıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar