SON XƏBƏRLƏR

İranda polisi daha bir etnik bəlucu güllələdi

2025.03.08, 12:30
İranda polisi daha bir etnik bəlucu güllələdi

İran polisi Sistan və Bəlucistan əyalətinin Zabul şəhərində etnik bəlucu güllələyərək öldürüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, iki gün əvvəl xəbərdarlıq edilmədən avtomobilinə açılan atəş nəticəsində yaralanan 43 yaşlı Qulam Şəhriyarı ötən gecə xəstəxanada həyatını itirib.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar