SON XƏBƏRLƏR

Rusiyan Əsədin ekstradisiyasını müzakirə etməkdən imtina edib

2025.03.08, 13:17
Rusiyan Əsədin ekstradisiyasını müzakirə etməkdən imtina edib

Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyasını müzakirə etməkdən imtina edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat paylaşıb.

ABŞ nəşri bildirir ki, Moskva təkcə Suriyada hərbi bazalarını saxlamaq yox, həm də ölkədə təsir imkanlarını genişləndirmək istəyir.

WSJ-nin məlumatına görə, Dəməşq Əsədin ekstradisiyası, 2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı tərəfindən Rusiyaya köçürülən təxminən 250 milyon dolların geri qaytarılması və bir sıra digər tələblər irəli sürüb. Rusiya bu tələblər ilə razılaşmır.

Qeyd edilir ki, Rusiya Dəməşqlə danışıqları davam etdirir, çünki Yaxın Şərqdə hərbi obyektlərini yerləşdirmək üçün alternativ variantları yoxdur. WSJ-nin məlumatına görə, Moskva Liviyada baza yaradılması ilə bağlı danışıqlar aparmağa çalışsa da, buna nail ola bilməyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar