SON XƏBƏRLƏR

Rusiyaya müharibənin bir günü bu məbləğə başa gəlir

2025.03.11, 12:06
Rusiyaya müharibənin bir günü bu məbləğə başa gəlir

Rusiya müharibədə fasilə əldə etməyə çalışır.

Gunaz.tv

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib ki, Rusiya öz gücünü bərpa etmək üçün müharibədə fasiləyə nail olmaq istəyir. Hazırda müharibənin bir günü bu ölkəyə təqribən 1 milyard dollara başa gəlir.

Hərbi xərclər Rusiyanın dövlət büdcəsinin 41 faizini tutur.

O sözügedən məbləğin Rusiyanın dövlət büdcəsinin 41 faizini təşkil etdiyini, habelə rəsmi Moskvanın hərbi sənaye istehsalının həcmini bundan daha çox artırmasının mümkün olmadığını da əlavə edib.

Budanov söyləyib ki, Ukraynadan fərqli olaraq, Rusiya öz daxili imkanlarından istifadə edir.

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar