SON XƏBƏRLƏR

Amerika-Ukrayna razılaşması: 30 günlük müvəqqəti atəşkəs

2025.03.12, 10:58
Amerika-Ukrayna razılaşması: 30 günlük müvəqqəti atəşkəs

Ukrayna prezidenti Vladimir Zelenski Ciddədə Amerika tərəfi ilə aparılan danışıqların yekununda əldə olunan razılaşmaya dair birgə bəyanatın mətnini yayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bəyanata görə, Ukrayna Ukrayna Amerikanın dərhal 30 günlük atəşkəs təklifini qəbul etməyə razılaşıb.

Bəyanatda deyilir: "Ukrayna Amerikanın 30 günlük müvəqqəti atəşkəs rejimini dərhal tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bu təklif tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə uzadıla bilər. Birləşmiş Ştatlar Rusiyaya məlumat verəcək və Rusiya tərəfinin qarşılıqlı münasibəti sülhə nail olmaq üçün əsas olacaq".

Həmçinin Amerika dərhal Ukraynaya kəşfiyyat və hərbi yardımı bərpa edəcək: “Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”.

Bundan əlavə, Amerika və Ukrayna faydalı qazıntılar üzrə sazişi mümkün qədər tez bağlamağa razılaşıblar.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar