SON XƏBƏRLƏR

Almaniya kansleri Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəkləyib

2025.03.12, 14:07
Almaniya kansleri Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəkləyib

Almaniya kansleri Olaf Şolts Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəkləyib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

"30 günlük atəşkəs ideyası Ukrayna üçün ədalətli sülhə aparan yolda vacib və düzgün addımdır", - o qeyd edib. Kanslerin sözlərinə görə, indi növbə Rusiyanındır.

Qeyd edək ki, çərşənbə axşamı Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Təxminən 9 saat davam edən danışıqların nəticəsi olaraq Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında tərəflərin birgə bəyanatı dərc edilib. Bu bəyanata əsasən, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar