SON XƏBƏRLƏR

Putin Kursk vilayətinə getdi

2025.03.13, 11:11
Putin Kursk vilayətinə getdi

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində yerləşən hərbi qruplaşmanın məntəqələrindən birinə gedərək iclas keçirib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, Prezident iclasa hərbi geyimdə qatılıb və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun məruzəsini dinləyib.

Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun açıqlamasına görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki qruplaşması tamamilə izolasiya edilib və onların planlı şəkildə məhv edilməsi davam edir. 

Gerasimov Ukrayna ordusunun Kursk bölgəsində indiyə qədər 67 mindən çox hərbçi itirdiyini iddia edib.

Rusiya prezidenti Vladimir Putin Baş Qərargah rəhbərinin məruzəsini dinlədikdən sonra Kursk vilayətində mövqe tutan və döyüş aparan düşmənin ən qısa zamanda tamamilə darmadağın edilməsi tapşırığını verib.

Bundan əlavə, Putin Rusiya-Ukrayna sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması məsələsinin xüsusi diqqətlə nəzərdən keçirilməsini də tapşırıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar