SON XƏBƏRLƏR

Trampın Xaməneiyə məktubu İran XİN başçısına təqdim olunub

2025.03.13, 14:20
Trampın Xaməneiyə məktubu İran XİN başçısına təqdim olunub

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın Əli Xaməneiyə ünvanladığı məktubu İran xarici işlər naziri Abbas Araqçıya təqdim edib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, Tehrandakı görüş zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar: “Ənvar Qarqaş ABŞ Prezidentinin məktubunu təqdim edib”.

Qeyd edək ki, ABŞ lideri hələ martın 7-də Xaməneiyə məktub ünvanladığını bildirmişdi.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar