SON XƏBƏRLƏR

Vitkoff Ukrayna danışıqlarının detallarını açdı

2025.03.17, 12:47
Vitkoff Ukrayna danışıqlarının detallarını açdı

"Biz bütün maraqlı Avropa ölkələri ilə müzakirələr aparırıq"

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff "CBS News"-a deyib.

"Rusların hədəf aldığını bildiyimiz regionlar var. Orada Ukraynanı kifayət qədər elektrik enerjisi ilə təmin edən nüvə reaktoru var. Bu məsələyə toxunmaq lazımdır. Limanlara çıxış, Qara dənizlə bağlı potensial razılaşma və atəşkəsin həyata keçirilməsi üçün o qədər çox element var ki.",-deyə S.Vitkoff bildirib.

O, həmçinin qeyd edib ki, bəzən Ukraynadakı münaqişə ilə Qəzza zolağındakı vəziyyəti müqayisə edilir. Vitkoff Qəzzanın “məhdud və müəyyən edilmiş məkan” olduğunu vurğulayır:

"Beləliklə, Ukrayna böhranı daha çətin vəziyyətdir və buna baxmayaraq, heç kim təslim olmur. Bütün maraqlı tərəflər, o cümlədən avropalılar, uğurlu nizamlanma üçün lazım olan hər şeyi etməyə sadiqdirlər”.

Vitkoff "CNN"-ə müsahibəsində isə qeyd edib ki, ABŞ Ukraynada nizamlanma məsələsində Böyük Britaniya, Norveç, Fransa, Finlandiya və digər Avropa ölkələri ilə əlaqə saxlayır: "Biz bütün maraqlı Avropa ölkələri ilə müzakirələr aparırıq".

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar