SON XƏBƏRLƏR

Sülhmərmalı kontingent Ukraynada bu bölgələrə yerləşdirilə bilər

2025.03.17, 14:31
Sülhmərmalı kontingent Ukraynada bu bölgələrə yerləşdirilə bilər

Ukrayna ilə müttəfiq ölkələr Kiyev, Odessa və Lvova sülhməramlı qüvvələr yerləşdirmək imkanını nəzərdən keçirirlər.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Le Parisien”ə müsahibəsində deyib.

Makron bu addımın Ukraynaya dəstək olmaq üçün daha geniş strategiyanın bir hissəsi olduğunu bildirib.

O qeyd edib ki, onların məqsədi qoşunları kütləvi şəkildə geri çəkmək deyil. Makron əlavə edib ki, Avropada ən böyük ordu hazırda bir milyona yaxın əsgəri olan Ukrayna ordusudur.

“Biz təlim proqramlarını həyata keçirmək və uzunmüddətli dəstək nümayiş etdirmək üçün əsas nöqtələrə bir neçə min əsgəri yerləşdirməkdən danışırıq”, - Makron bildirib.

Fransa prezidenti Kremlə də açıq şəkildə bildirdi ki, Moskvanın Ukraynanın müttəfiqlərinə sülhməramlıların göndərilməsi ilə bağlı şərt qoymağa haqqı yoxdur.

“Ukrayna suveren dövlətdir və müttəfiq qoşunlarını öz ərazisinə dəvət edərsə, bunu qəbul edib-etməmək Rusiyanın işi deyil”, - Makron bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar