SON XƏBƏRLƏR

Kiyevdən açıqlama: “Atəşkəs məsələsi bu gün həllini tapa bilər”

2025.03.18, 13:35
Kiyevdən açıqlama: “Atəşkəs məsələsi bu gün həllini tapa bilər”

Otuz günlük atəşkəs rejiminin tətbiqi məsələsi Amerika və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında bugünkü söhbətdən çox asılıdır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının Beynəlxalq Siyasət Komitəsinin sədri Aleksandr Merejko deyib.

“Heç bir irəliləyiş görmürəm, çünki bu gün mənzərə ortadadır. Ukrayna Trampın atəşkəs təklifi ilə tamamilə razılaşıb, Putin isə faktiki olaraq, imtina edib. Rusiya lideri əvvəlki ultimatumunu təkrarlayan əlavə tələblər də irəli sürüb. Ümid edirəm ki, Trampın Putinin imtinasını qəbul edib-etməməsindən asılı olmayaraq, konkret cavab alacağıq”, - komitə rəhbəri bildirib.

Merejko qeyd edib ki, Trampın Putinin bəyanatlarına reaksiyası Ukrayna üçün çox önəmlidir. Xüsusilə bu, Amerika prezidentinin əvvəllər söz verdiyi kimi, Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə həqiqətən hazır olub-olmaması ilə bağlıdır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar