SON XƏBƏRLƏR

İranda çərşənbə şənlikləri - 19 nəfər öldü

2025.03.19, 11:29
İranda çərşənbə şənlikləri - 19 nəfər öldü

Dünən İranda ilaxır çərşənbə mərasimləri zamanı İranın müxtəlif şəhərlərində ümumilikdə 2466 nəfər yaralanıb, 10 nəfər həlak olub.

Gunaz.tv

Bu barədə İran Təcili Yardım Təşkilatı məlumat yayıb.

Məlumata görə, partlayıcı maddələr səbəbindən 720 nəfərin gözü çıxıb, 700 nəfər yanıq xəsarətləri alıb, 155 nəfərin əl və barmaqları qopub və qalanları isə müxtəlif bədən xəsarətləri alıblar.

Bununlada bu ilin çərşənbə mərasimlərində İrada yaralananların ümumi sayı 4739 nəfərə, ölü sayı isə 19 nəfərə çatıb.

Yaralanan və ölən sayına görə, Qərbi Azərbaycan, Tehran və Şərqi Azərbaycan əyalətləri sıra ilə birinci, ikinci və üçüncü yerləri tuturlar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar