SON XƏBƏRLƏR

Hakan Fidan Marko Rubio ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

2025.03.26, 10:17
Hakan Fidan Marko Rubio ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda Amerika dövlət katibi Marko Rubio ilə görüşüb.

Gunaz.tv

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, görüş əsnasında Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Təmaslar zamanı hər iki tərəfin müdafiə sənayesi sahəsində əməkdaşlığa maneələrin aradan qaldırılması üçün siyasi iradəsini açıq şəkildə nümayiş etdirdiyi və mövcud problemlərin həlli üçün texniki görüşlərin keçiriləcəyi bildirilib.

Tərəflər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıblar. Suriyada sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyət ifadə edilib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar